18 nömrəli tam orta məktəbdə “Narkotiklər Haqqında Həqiqəti Öyrənək” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış “Tədbirlər Planı”na uyğun olaraq Bakı şəhəri üzrə təhsil müəssisələrində anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədi ilə cari ilin 21 fevral tarixində 18 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilmişdir.

    Tədbirdə Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı,  Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, Ailə, Qadın və Uşaq Probleri üzrə Dövlət Komitəsinin nümayəndəsi mövzu ətrafında çıxışlar edərək, narkotik və psixotrop maddələrin fəsadları, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış, müəllim və şagirdlərin sualları cavablandırılmışdır. 

    Həmçinin, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları şagirdlər arasında  paylanılmışdır.




Baxılıb: 165