“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda videokonfrans şəklində görüş keçirilib

     Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun müvafiq göstərişinə əsasən isə cari ilin 30 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı, Dövlət Komissiyasına üzv olan qurumların məsul əməkdaşlarının, Bakı şəhəri və respublikanın şəhər, rayon komissiyalarının sədrlərinin iştirakı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda  onlayn konfrans keçirilmişdir.

    Videokonfransda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov,  Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Ədalət Vəliyev, Respublika Narkoloji Mərkəzinin direktoru Orxan Cəfərov, Dövlət Gömrük Komitəsinin şöbə rəisi Elvin Hüseynxanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov,  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov, Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova, İsmayıllı rayon İcra hakimiyyətinin başçısının birinci müavini Rövşən Ağayev mövzu ətrafında çıxış edərək bu istiqamətdə müzakirələr aparılmaqla təkliflər səsləndirilmişdir.




Baxılıb: 363