Narkotiklərin ziyanı ilə bağlı 4,5 milyon “Bakcell” və "Azərfon" abunəçisinə SMS-bildiriş göndərilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Nazirliyinin birgə əməkdaşlığı ilə  iyunun 26-dan etibarən ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkotiklərin ziyanına dair əhalini məlumatlandırmaq məqsədilə “Bakcell” və "Azərfon" abunəçilərinə SMS formasında zəruri bildiriş və əlaqə vasitələri göndərilib.

Həmin məlumatın ("Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61") yer aldığı SMS-lər mərhələli qaydada təqribən 4,5 milyon abunəçiyə ünvanlanıb.




Baxılıb: 1465