Daşkəsən rayonu ərazisində 2 ton 442 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Kəmərqaya kəndi ərazisində, 4 hektar sahədən yabanı halda bitmiş 8432 ədəd, ümumi  çəkisi 2 ton 442 kq olan  narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 872