Ağdaş rayonu ərazisində 6 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

   Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Ağdaş rayonunun Mürsəl, Malay və Adad kəndləri ərazisində ümumilikdə 23744 ədəd, cəmi çəkisi 6130 kq olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1553