26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Astara rayonunda tədbir keçirilmişdir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədi ilə, həmçinin “26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar 24.06.2014-cü il tarixdə Astara rayon Komissiyası tərəfindən rayon Mərkəzi kitabxanasında Rayon Gənclər və İdman İdarəsi və aidiyyəti təşkilatlarla birgə  “Narkotiklərə yox deyək”   mövzusunda seminar-müşavirə və rəsm sərgisi keçirilmişdir.

   Tədbir iştirakçılarına Gənclər və İdman İdarəsinin hazırladığı “Narkotiklərsiz XXI əsr” və “Sağlam inkişaf mənəvi inkişafa gedən yoldur” mövzularında broşuralar paylanmışdır.

   Tədbirdə Astara rayonunun gənc rəssamlarının əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir.




Baxılıb: 1300