Astara rayonu ərazisində 4 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

   Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 14.07.2015-ci il tarixdə rayonun Züngüləş kəndi ərazisində 3050 ədəd, ümumi çəkisi 4 ton 875 kq olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 



Baxılıb: 501