26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Balakən rayonunda tədbir keçirilmişdir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədi ilə, həmçinin “26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar Balakən rayon Komissiyası tərəfindən narkomaniya, onun doğurduğu fəsadlar və s. barədə tədbir keçirilmişdir. Tədbirdə maarifləndirmə yolu ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, antinarkotik təbliğat məsələləri ön plana çəkilmiş, ölkədə bu sahədə aparılan uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı ictimaiyyətə məlumatlar verilmişdir.




Baxılıb: 1140