Dövlət Komissiyasının İşçi Qrupu profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Balakən rayonunda seminar-müşavirə keçirmişdir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın bəndlərinə müvafiq olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən 30 iyul 2015-ci il tarixdə Balakən rayonunda seminar-müşavirə keçirilmişdir.

  Seminarda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri, rayon komissiyasının sədri mövzu ətrafında çıxışlar edərək, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, ictimai maarifləndirmə işinin genişləndirilməsi, narkotik tərkibli yabanı bitki növlərinin təyinat monitorinqinin aparılması, bu bitkilərin əkildiyi sahələrin aşkarlanması, yabanı bitən narkotik tərkibli bitkilərin məhv edilməsi məqsədi ilə onların yayılma zonalarında ekspedisiyaların təşkili, eyni zamanda narkotik vasitələrin,  psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.

  Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış metodik vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.

 



Baxılıb: 479