Daşkəsən rayonu ərazisində 1 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

   Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 05.08.2015-ci il tarixdə rayonun Astaf kəndi ərazisində “Yolqullar” adlanan sahədə ümumi sahəsi 1,5 hektar olan, boyu 1,5-2 metr hündürlükdə, 5300 ədəd, ümumi çəkisi 1 ton 600 kq olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 



Baxılıb: 1224