Gədəbəy rayonu ərazisində 12 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

     Gədəbəy rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2014” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Gədəbəy rayonu ərazisində 2 hektar 71 sot sahədən cəmi çəkisi 12 ton 743 kiloqram olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 424