Göygöl rayonu ərazisində yabanı halda bitmiş 1 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

  Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 04.07.2015-ci il tarixdə saat 15:00-da, rayonun Nadil kəndi ərazisində ümumi sahəsi 1,5 hektar olan, 7340 ədəd, ümumi çəkisi 1 ton 750 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 273