Xocalı RPŞ tərəfindən Goranboy rayon ərazisində 5200 kq çətənə bitkisi məhv edilmişdir.

     Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2014” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 04.07.2014-cü il tarixdə Goranboy rayonunun erməni işğalından azad olunmuş Mənşəli kəndi ərazisində 6850 ədəd və ümumi çəkisi 5200 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1266