İmişli rayonu ərazisində 2 tona yaxın çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

    İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2014” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində İmişli rayonunun Məmmədli kəndi ərazisində Kür çayının sağ sahilində yerləşən “Tuqay” meşə zolağında 1,8 hektar sahədən 1468 ədəd, cəmi çəkisi 1 ton 950 kiloqram olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 439