26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Quba rayon komissiyası tərəfindən tədbir keçirilmişdir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədi ilə, həmçinin “26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar Quba rayon Komissiyası və “Polisə dəstək” İB-yi tərəfindən 13 iyun 2014-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında “Narkomaniya və HİV-lə mübarizədə ictimai fəallığın artırılması”  mövzusunda geniş seminar-mühazirə  keçirilmişdir.

   Eyni zamanda komissiya tərəfindən 25.06.2014-cü il tarixdə rayonun Zərdabi kənd orta məktəbində bu mövzuda tədbir keçirilmişdir.

  Hər iki görüşdə iştirakçılara narkomaniyaya qarşı mübarizə sahəsində komissiya tərəfindən görülən işlər, narkomaniyanın doğurduğu ağır fəsadlar və s. barədə maarifləndirici xarakterli məlumatlar verilmişdir. Tədbirlərə rayon icra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, yerli KİV-lərin nümayəndələri, rayonun səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri, gənclər və digər aidiyəti şəxslər dəvət edilmişdir.




Baxılıb: 401