Qusar rayonunda “Narkomaniyaya yox deyək!” kompaniyası çərçivəsində tədbir keçirilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” nın  müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar, yeniyetmə və gənclər arasında təbliğat və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə 18 dekabr 2014-cü ildə Qusar rayonunun Gənclər evində “Narkomaniyaya yox deyək!” kompaniyası çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə yerli aidiyyəti qurumların əməkdaşları, müəllimlər, şagirdlər və digər ictimaiyyət nümayəndələri iştirak etmişdir.




Baxılıb: 1235