26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lerik rayon komissiyası tərəfindən tədbir keçirilmişdir.

  25 iyun 2014-cü ildə  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Lerik rayon komissiyası tərəfindən yeniyetmə və gənclərin iştirakı ilə “26 iyun – BMT-nin Narkotiklə Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilmişdir.

   Tədbirdə  rayon üzrə aidiyyəti orqanların əməkdaşları çıxış edərək yeniyetmə və gənclərə narkomanlığın, hepatit, QİÇS və s. kimi təhlükəli xəstəliklərin cəmiyyətə və insan sağlamlığına vurduğu ziyan barədə məlumat vermiş, gənclər rayon təşkilatları tərəfindən keçirilmiş tədbir və kampaniyalarda fəal iştiraka dəvət olunmuşdur. İştirakçılara maarifləndirici buklet – kitabçalar paylanmışdır.




Baxılıb: 1152