Samux rayonu ərazisində 1 ton 250 kiloqramdan artıq çətənə bitkisi məhv edildi.

  Samux rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Samux rayonunun Yenikənd kəndi ərazisində 1,70 hektar sahədən 4890 ədəd və yaş kütləsi 1249 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1258