Tərtər rayonu ərazisində 705 kiloqram çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

   Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2014” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 25.06.2014-cü il tarixdə Tərtər rayonunun ərazisində 15 hektar sahədən ümumi sayı 1825 ədəd,  cəmi çəkisi 705 kiloqram olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 616