Zərdab rayonu ərazisində 4 ton 300 kiloqramdan artıq çətənə bitkisi məhv edilmişdir.

     Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2014” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 15.06.2014-cü il tarixdə Zərdab rayonunun Bıçaqçı kəndinin “Yuxarı bağ” adlanan ərazisində 2900 ədəd, çəkisi 4 ton 307  kiloqram, eyni zamanda 18.06.2014-cü il tarixdə Zərdab rayonu Şahhüseynli kənd sakini Qurbanov Zamin Sahib oğlu atası Sahib Qurbanova məxsus həyətyani torpaq sahəsində aqrotexniki qaydada qulluq etməklə əkib becərdiyi 3 ədəd, ümumi çəkisi 275 qr yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1278