Zərdab rayonu ərazisində 4 ton 150 kiloqram çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

  Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Zərdab rayonu Bıçaqçı kəndinin “Yuxarı bağ” adlanan ərazisində 7-9 ha sahəni əhatə edən ərazidən ümumi çəkisi 4 ton 150  kiloqram, 2750 ədəd olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1146