Lənkəran şəhərində tədbir keçirilmişdir.

21 noyabr 2012-ci il tarixdə Səhiyyə Nazirliyi Narkomanlığa  və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu ilə birlikdə Lənkəran şəhərində  “Narkotiklərə yox deyək” adı altında kütləvi kampaniya keçirmişdir. Tədbirdə narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi qeyd olunmuş, eyni zamanda təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığın aşkarlanmasının vacibliyi vurğulanmışdır.




Baxılıb: 799