Sumqayıt şəhəri ərazisində 5 kiloqramdan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

  Sumqayıt şəhər polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər zamanı 05.06.2015-ci il tarixdə Sumqayıt  şəhəri H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi həyət evində aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 420 qram olan 11 ədəd narkotik xassəli çətənə kolu və 23.06.2015-ci il tarixdə  Sumqayıt şəhəri 1-ci məhəllə istiqamətində yabanı halda bitmiş 40 ədəd, ümumi çəkisi 5 kiloqram olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 406