Yevlax şəhəri ərazisində 11 tondan artıq çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

    Yevlax şəhər polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2014” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Yevlax şəhəri Varvara kənd bələdiyyəsi ərazisində 2,55 ha sahədən 31428 ədəd, çəkisi 3 ton 520 kiloqram, Aşağı bucaq kənd bələdiyyəsi ərazisində 1,95 ha sahədən 33526 ədəd, çəkisi 3 ton 380 kiloqram, Aran qəsəbə bələdiyyəsi ərazisində 1,45 ha sahədən 23416 ədəd, çəkisi 2 ton 135 kiloqram,  Qaramallı kənd bələdiyyəsi ərazisində 2,05 ha sahədən 28628 ədəd, çəkisi 2 ton 150 kiloqram olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 2610