Nizami rayonunda narkomanlığa qarşı mübarizə çərçivəsində tədbir keçirilmişdir.

   Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2016-cı il iş planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə 2016-cı il aprel ayının 18-də 32 №-li orta məktəbdə yuxarı sinif şagirdlərinin, psixoloqların və valideynlərin iştirakı ilə “Zərərli vərdişlər və onların törətdiyi fəsadlar” mövzusunda tədbir təşkil edilmişdir.

   Tədbirdə Nizami rayon komissiyasının sədri, başçının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşı, polis mayoru Məryəm Ömərova, 32 №-li orta məktəbin psixoloqu Nigar Hüseynova, Nizami rayon Polis İdarəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov çıxış etmiş, sağlam həyat tərzinın formalaşdırılması ilə bağlı şagirdlərə maarifləndirici tövsiyələrini vermiş, zərərli vərdişlər, onların törətdiyi fəsadlar haqqında tədbir iştirakçılarını məlumatlandırmışlar.

    Tədbirdə qeyd olunmuşdur ki, gənc nəslin sağlam ruhda böyümələri, zərərli vərdişlərdən birdəfəlik uzaq durmaları istiqamətində hər birimiz əməli fəaliyyət göstərməli, bu istiqamətdə təbliğat işlərini daha da gücləndirməli, yerlərdə mütəmadi görüşlər keçirməliyik. Çünki bizlər gələcəyimizi yalnız sağlam ruhda böyüyən gənclərə etibar etməliyik.

    Tədbirin sonunda narkomanlıqdan bəhs edən “Bəla” tamaşısından bir parçanın video nümayişi göstərildi.




Baxılıb: 124