Nazirlər Kabinetində görüş keçirilmişdir.

06  may 2013-cü il tarixdə Nazirlər Kabineti Aparatının Hərbi və inzibati orqanlar şöbəsinin müdiri Elman Gərayzadə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin rəhbəri Aleksandr Sıçovu qəbul etmiş, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən Azərbaycanda həyata keçirilən layihələr, əməkdaşlıq və s. məsələlər barədə müzakirələr aparılmışdır.

Görüşdə Nazirlər Kabineti Aparatının Hərbi və inzibati orqanlar şöbəsi müdirinin müavini Ceyhun Hüseynov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri Məzahir Əliyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Azərbaycanda həyata keçirilən layihəsinin koordinatoru Arzu Quliyeva iştirak etmişdir.




Baxılıb: 1826