Dünyada narkomanların sayı və narkotiklərin istehsalı və yayılması azalmır.

     BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsinin qiymətləndirməsinə görə qlobal səviyyədə narkotiklərin istifadəsində son 5 il ərzində ümumi görünüş dəyişməz olaraq qalır. Hər il onların yayılma göstəriciləri ancaq cüzi səviyyədə artır, bütövlükdə bütün dünyanı və narkotiklərin növlərini nəzərə alsaq, şahidi olmaq olar ki, bütün dünya üzrə istifadəçilərin  sayı təqribən 3,3%-dən 6,5%-ə qədər təşkil edir. Lakin bu o demək deyil ki,qeyd olunan statistikanı ancaq narkomanlar təşkil edir. Qeyd olunan məlumatların əsas məqsədi narkotiklərin yayılma səviyyəsini öyrənmək və neçə nəfər insanın öz təəcrübəsində narkotiklərə tanışlığını aşkar etməkdir. Göstərilən rəqəmlər əsasən 15 yaşından 64 yaşa  aid olan insanlara şamil edilir, hansılar ki, heç olmasa ildə bir dəfə narkotiklərdən istifadə ediblər. Burada onların qeyri tibbi istifadəsi nəzərdə tutulur. Bu statistikanı qeyd edərkən onların dünya üzrə orta göstəriciləri nəzərdə tutulur. Ayrı ölkələr və regionlarda bu vəziyyət köklü şəkildə fərqlənə bilər, həm yaxşı həmdə pis tərəfə. Əgər tam rəqəmlərdən danışsaq onuda nəzərə almaq lazımdır ki,dünya əhalisi artır və bu səbəbdən məlum məsələdir ki, narkotik istifadəçilərin də sayı durmadan artır.   

    BMT-nin statistikasına əsasən narkomanlarda ən çox təlabat çətənə bitkisinədir, beləki onların sayı 147 milyon nəfər təşkil edir, həmçinin 33 milyonu stimulyatorların, 13 milyonu kokain və həşiş qətranının, hansılardan ki, 9 milyonu heroinin və 7 milyon nəfəri ekstazi istifadəçiləridir.

    Bütün ölkələrdə praktiki olaraq narkomaniya əsasən gənclər arasında çox yayılıb. Ən çox narkoman 18 yaşından 25 yaşına qədər olan yaş qrupuna aiddir.  Əsasən bu faktor bütün narkotik növləri üçün aktualdır. İstisna hal kimi ABŞ-da narkoistifadəçilərin yaş həddi 18-dən 20-ə kimidir. Bu ölkədə ümumi əhalinin 12%-i 12 yaşdan yuxarı narkotiklərdən istifadə edirlər. Əgər ABŞ üçün yaş qrupunu 18 yaşdan müəyyənləşdirsək onda bu rəqəm 3 dəfə artacaqdır.

    BMT-nin ekspertləri narkosənayenin dünyada dövriyyəsini 400 milyard dollar civarında qiymətləndirir, bu isə, beynəlxalq ticarətin 8 %-ni təşkil edir. Qlobal səviyyədə ən çox yayılan narkotik vasitə yenə də kannabis olaraq qalır, bu termin bütün çətənə bitkisinə aid olan yəni marixuana, həşiş və digər növ narkotik  vasitləri özündə birləşdirir. Onların yayılma səviyyəsi dünya əhalisi üzrə 2,6%-dən 5% -ə qədər təşkil edir. İkinci yeri isə amfetamin qrupuna aid olan  sintetik tərkibli narkotik vasitələr tutur. Heroinin və onun  təsir qüvvəsinə malik olan maddələrin istifadəçilərinin sayı   dünya əhalisindən 0,6%-dan 0,8%-i təşkil edir.  Dünya üzrə çətənə bitkisindən istehsal olunan narkotik vasitələrin həcmi təxminən 13,3 min-  66,1 min ton və həşiş qətranından istehsal olunan narkotik vasitələrin həcmi 2,2 min-9,9 min ton təşkil edir.

 

Narkomanlığa və Narkotik Vasitələrin

Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə

üzrə Dövlət Komissiyasının İşçi Qrupu




Baxılıb: 4567