Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən 2357,5 kiloqramdan artıq çətənə bitkisi məhv edildi

     Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Hava Nəqliyyatında Polis İdarəsi, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsi və Ağstafa Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2013" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 6328 ədəd, ümumi çəkisi 2 ton 357,5 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 2815