“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi silsilə tədbirlər keçirmişdir.

    Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədi ilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gələcəyin öz əlindədir, maariflən!” adlı layihə çərçivəsində Respublikanın Yevlax və Gəncə şəhərlərinin hər birində üç tam orta ümumtəhsil müəssisələrində “Narkomaniyaya “Yox” deyək” devizi altında tədbir keçirmişdir.

   Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin və şəhərlərin aidiyyəti strukturlarının nümayəndələri,  çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.

     Çıxış edən nümayəndələr və müəllimlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yılları və s. barədə ətraflı məlumat vermiş, dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.

    Tədbirlər çərçivəsində ümumtəhsil müəssisələrində şəhərlərdə 10.000 ədəd maarifləndirici buklet, 1000 ədəd üzəri yazılmış köynək paylanılmış, müzakirələrdə aktiv iştirak edən müəllimlərə sertifikatlar verilmişdir.

   Keçirilən tədbirlər Yevlax şəhərinin “El TV”, Gəncə şəhərinin “Kəpəz TV” televiziya kanalları tərəfindən işıqlandırılmışdır. 




Baxılıb: 1189