Yevlax şəhəri ərazisində 11 ton 168 kiloqramdan artıq çətənə bitkisi məhv edilmişdir

     Yevlax şəhər polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2013” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində Yevlax şəhər Əcəmi bələdiyyəsi ərazisində  25527 ədəd, çəkisi 3 ton 458  kiloqram, Aran bələdiyyəsi ərazisində 10124 ədəd, çəkisi 900 kiloqram, Qaramallı bələdiyyəsi ərazisində 26480 ədəd, çəkisi 3 ton 452 kiloqram və Varvara bələdiyyəsi ərazisində 23676 ədəd, çəkisi 3 ton 358 kiloqram – ümumilikdə 85807 ədəd və 11 ton 168 kiloqram yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1050