Nazirlər Kabinetində görüş keçirilmişdir.

   25 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və NarkotikVasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasınınsədri cənab Əli Həsənov UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Herevardı, müavini Rəşid Mustafanı və UNICEF-in Regional Ofisinin (Cenevrə, İsveçrə) QİÇS üzrə Baş Məsləhətçisi-beynəlxalq ekspert Nina Ferenkiçi nazirlər kabinetində qəbul etmişdir.

     Cənab Əli Həsənov qonaqaları salamlayaraq, ölkədə mövcüd olan narkotik vəziyyət, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə ölkə prezidenti səviyyəsində yetirilən diqqət və tələbkarlıq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat vermişdir.

   Daha sonra, cənab Əli Həsənov Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi, onların istehsalı, işğal olunmuş ərazilərimizdən narkotiklərin qanunsuz daşınması və s. məsələlər barədə məlumatların BMT-nin müvafiq qurumlarına mütəmadi olaraq çatdırıldığını, lakin Ermənistanın müxtəlif bəhanələr gətirərək BMT ekspertlərini işğal olunmuş ərazilərə buraxmadığını, aidiyyəti təşkilatların da lazımi tədbirləri görmədiyini bildirdi. Əfqanıstanda istehsal olunan narkotik vasitələrin ölkəmizə daxil olma marşrutları haqqında məlumatlar verməklə, Böyük  Britaniyanın London şəhərində çap olunan “The Lancet”tibb jurnalında Azərbaycanda narkomanların sayının 300.000 min olmasının, həmçinin inyeksiya yolu ilə narkotik qəbul edənlərin sayının rəsmi rəqəmlərdən kəskin fərqləndiyini qeyd etdi. Narkomanların dəqiq sayının müəyyənləşdirilməsi məqsədilə müvafiq köməklik göstərilməsi üçün dəfələrlə BMTnin müvafiq qurumlarına müraciət etdiyini diqqətə çatdırdı.

   Cənab Əli Həsənovun tapşırığı ilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nınsurəti qonaqlara təqdim olundu.

 UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Mark Herevardıaz təminatlı ailələrdə böyüyən uşaqlar, o cümlədən müharibədən əziyyət çəkən ailələrdə böyüyən yeniyetmələr və digər kateqoriyadan olan uşaqlara yardım proqramı çərçivəsində müvafiq tədbirlərin görüləcəyi təklifini, xanım Nina Ferenkis isə QİÇS-in yayılmasının qarşısının alınmasında Azərbaycanda müvafiq layihələrin tətbiqinin mümkünlüyünü qeyd etdi.

   Cənab Əli Həsənov hər iki təklifə rəsmi müraciət olunduqdan sonra Hökumətin müvafiq strukturlarında baxılacağını bildirdi.

    Görüşdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Hərbi və İnzibati orqanlar şöbəsinin müdiri Elman Gərayzadə, şöbə müdirinin müavini Ceyhun Hüseynov, Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Məzahir Əliyev və İşçi qrupunun mütəxəssisi Turcay Əhmədov iştirak edirdi.




Baxılıb: 1459