Gəncə və Yevlax şəhərlərində tədbir keçirilmişdir.

  Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədi ilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyin öz əlindədir, maariflən!” adlı layihə çərçivəsində Respublikanın Yevlax və Gəncə şəhərlərinin hər birində iki tam orta ümumtəhsil müəssisələrində “Narkomaniyaya “Yox” deyək” devizi altında tədbir keçirmişdir.

Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin və şəhərlərin aidiyyəti strukturlarının nümayəndələri,  çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.

  Çıxış edən nümayəndələr və müəllimlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat vermiş, dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.

  Tədbirlər çərçivəsində ümumtəhsil müəssisələrində və şəhərlərdə 10.000 ədəd 2 formada maarifləndirici buklet, 400 ədəd üzəri yazılmış köynək paylanılmışdır.

  Keçirilən tədbirlər Yevlax şəhərinin “El TV” televiziya kanalı tərəfindən işıqlandırılmışdır. 




Baxılıb: 1256