“Narkomaniya ağ ölümdür” mövzusunda konfrans keçirilmişdir.

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  İşçi qrupu, Abşeron Rayon İcra Hakimiyyəti ilə birlikdə 26 dekabr 2013-cü il tarixdə Xırdalan şəhər Mədəniyyət mərkəzinin akt zalında “Narkomaniya ağ ölümdür” mövzusunda konfrans keçirilmişdir.

     Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası  işçi qrupunun baş referenti Şahin İsmayılov, Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşı Hafiz Mikayılov, o cümlədən, Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Rayon Gənclər Təşkilatının sədri, Rayon Polis Şöbəsinin, Milli Təhlükəsizlik Nazirliyi rayon Şöbəsinin əməkdaşları, Rayon Mərkəzi Xəstəxanasının həkim narkoloqu və digər təşkilatların nümayəndələri  iştirak  edərək mövzu ətrafında çıxış etmişlər. 

     Tədbirin sonunda Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları  yeniyetmə-gənclərə paylanılmışdır. 




Baxılıb: 1363