15 yanvar 2014-cü ildə Xarici İşlər Nazirliyində görüş keçirilmişdir.

      Avropa İttifaqı (Aİ)- Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt-Komitənin 2014-cü il 3-4 fevralda Brüsseldə keçiriləcək 4-cü iclasına  hazırlıq məqsədilə Alt-Komitəyə daxil olan dövlət qurumlarının nümayəndələrinin iştirakı və Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyevin sədrliyi ilə görüş keçirilmişdir.

         Görüşdə digər məsələlərlə yanaşı  narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə vəziyyəti də müzakirə olunmuşdur.

     Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyası İşçi Qrupunun rəhbəri Məzahir Əliyev görüşdə Alt-komitənin 3-cü iclasında Dövlət Komissiyası tərəfindən səsələndirilən təklifləri yenidən görüş iştirakçılarının nəzərinə çatdırmış, o cümlədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın (2007-2012-ci illər) icra vəziyyəti və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində, həmçinin ölkədə hazırki narkotik vəziyyət barədə məlumat vermişdir.




Baxılıb: 889