“Narkomanlığa və narkobiznesə qarşı mübarizədə qeyri-hökumət təşkilatlarının rolunun artırılması” mövzusunda konfrans keçirilmişdir.

    03-07 mart 2014-cü il tarixlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə Respublikanın Xaçmaz, Siyəzən və Şabran rayonlarında “Narkomanlığa və narkobiznesə qarşı mübarizədə qeyri-hökumət təşkilatlarının rolunun artırılması” mövzusunda konfrans keçirilmişdir.

    Tədbirdə Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun baş referenti Şahin İsmayılov, rayon icra hakimiyyətləri (Xaçmaz, Siyəzən və Şabran)  yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyaların sədrləri, rayonların müəssisə və digər aidiyyəti təşkilatlarının nümayəndələri iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın tələbləri və onun gələcək icrası əsas müzakirə mövzusu oldu.




Baxılıb: 1348