Vyanada BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının (NVK) növbəti 57-ci sessiyası keçirilmişdir.

  17-21 mart tarixlərində Vyanada BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının (NVK) növbəti 57-ci sessiyası keçirilmişdir.

   Sessiyada BMT-nin Baş Assambleyasının 2009-cu ildə keçirilən 64-cü sessiyası çərçivəsində qəbul edilən “Qlobal narkotiklər probleminə qarşı mübarizədə birləşmiş və balanslı strategiyaya doğru Beynəlxalq Əməkdaşlığa dair Siyasi Bəyannamə və Fəaliyyət Planı” adlı sənədin BMT-yə üzv olan dövlətlər tərəfindən icrasının vəziyyəti nəzərdən keçirilmişdir.

    Azərbaycan Respublikasında mövcud narkotik vəziyyəti əks etdirən hesabat sessiyanın katibliyinə təqdim olunmuşdur.

  Adı çəkilən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Məzahir Məmməd oğlu Əliyev iştirak etmişdir.




Baxılıb: 1090