Narkotiklərlə mübarizənin nəticələrinə dair I rübün yekunları müəyyən edilmişdir.

     2014-cü ilin I rübü ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 921 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi  246 kq 700,901 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunmuşdur.     

       Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının    21 kq 281,111 qr-ı heroin, 123 kq 335 qr-ı  marixuana,12 kq 444,904 qr-ı  həşiş, 36 kq 531,4 qr-ı tiryək, 1 kq 898,556 qr psixotrop maddələr, prekursorlar və digərləri təşkil  etmişdir. Ümumilikdə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 50 fazini marixuana,  14,6 fazini tiryək,  4,8 faizini həşiş,  8,5 fazini heroin, və 0,4 faizini psixotrop maddələr, prekursorlar və digərləri təşkil edir.

      Cinayət məsuliyyətinə cəlb edilən 478 nəfərdən 13 nəfəri xarici ölkə vətəndaşları olmuşdur ki, onlardanda 19 kq 103,286 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr götürülmüşdür (6-ı İran İslam Respublikası, 6-ı Gürcüstan, 1-i Rusiya Federasiyası  vətəndaşlarıdır).




Baxılıb: 801