Ağsu rayonunda “Narkomaniyadan uzaq-Sağlam həyatı seçək!” mövzusunda tədbir keçirilmişdir.

     30 aprel 2014-cü il tarixdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  işçi qrupu,  Ağsu rayon İcra Hakimiyyəti ilə birlikdə rayon Mədəniyyət Sarayında  “Narkomaniyadan uzaq-Sağlam həyatı seçək!” mövzusunda konfrans  keçirmişdir.

   Tədbirdə  Ağsu rayon İcra Hakimiyyəti başçısı Ənvər Seyidəliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun baş referenti Şahin İsmayılov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyanın sədri Rasim Novruzov, rayon polis şöbəsinin rəisi Bahadur Şükürov, Veteranlar şurası və digər müəssisə, təşkilatların nümayəndələri  iştirak  edərək mövzu ətrafında cıxış etmişlər. 

   Tədbirin sonunda Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları yeniyetmə-gənclərə paylanılmışdır. 




Baxılıb: 1181