“Gəncliyimizi qoruyaq” adlı narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində bir sıra tədbirlər keçirilmişdir.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə əvvəlcədən razılaşdırılmış Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən 17-21 iyun tarixlərində “Gəncliyimizi qoruyaq” adlı narkomaniyaya qarşı mübarizə həftəsi elan edilmişdir. Bu həftə çərçivəsində  İdarənin şəbəkəsinə daxil olan müəssisələr müxtəlif tədbirlər keçiriblər.

   Narkomaniya həftəsi cərçivəsində, ümumilikdə 53 tədbir keçirilib. Tədbirlərdə 4000 nəfər iştirak edib. Tədbirlər tamaşa, gənclərlə söhbət, görüş, rəsm sərgisi, kitab sərgisi, dəyirmi masa formatında keçirilib. Cəmiyyətin müxtəlif yaş təbəqələrindən olan insanlarla narkomaniya ilə mübarizə aparılmasının yolları, narkotik maddələrin zərərli olduğu bilindiyi halda istifadəsinin niyə sürətlə artdığının səbəbləri haqqında müzakirələr aparılmışdır. Burada təmsil olunanların 75 faizini yeniyetmə və gənclər, 25 faizini isə orta yaşlı insanlar  təşkil edirdi. 




Baxılıb: 1168