2015- ci ilin 9 fevral tarixindən 6 mart tarixinədək “Həyatla oyun” teatr tamaşası respublikanın bir sıra şəhər və rayonlarında nümayiş olunacaqdır.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması və gənclərin bu sahədə maarifləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Həyatla oyun” teatr tamaşası tərtib olunmuş qrafikə uyğun olaraq respublikanın bir sıra şəhər və rayonlarında nümayişi nəzərdə tutulmuşdur.

 

“Həyatla oyun” adlı teatr tamaşasının nümayişi planlaşdırılan şəhər və rayonların

                                                     SİYAHISI

S/S                     Şəhər və rayonun adı       Tarixi
1. Suraxanı 09.02.2015
2. Sabunçu 10.02.2015
3. Nizami 11.02.2015
4. Xətai 12.02.2015
5. Xəzər 13.02.2015
6. Yasamal 16.02.2015
7. Qaradağ 17.02.2015
8. Binəqədi 18.02.2015
9. Nərimanov 19.02.2015
10. Nəsimi 20.02.2015
11. Səbail 23.02.2015
12. Abşeron 24.02.2015
13. Sumqayıt 27.03.2015
14. Hacıqabul 02.03.2015
15. Sabirabad 02.03.2015
16. Saatlı 03.03.2015
17. Beyləqan 03.03.2015
18. İmişli 04.03.2015
19. Astara  05.03.2015
20. Lerik 06.03.2015

 




Baxılıb: 977