İctimai maarifləndirmə işlərinin genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Yasamal və Nizami rayonlarında sosial reklamlar yerləşdirilmişdir.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar ictimai maarifləndirmənin genişləndirilməsi məqsədi ilə təbliğat işində sosial reklamların (bilbordların) mühüm rol oynadığını nəzərə alaraq, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən “Narkomaniya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir”, “Gələcəyimizi birlikdə düşünək narkomaniya yox deyək” şüarları adı altında hazırlanmış mətnlər cari ilin 22 may tarixindən etibarən Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində və Nizami rayonu Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsindəki dairədə quraşdırılmış reklam lövhələrində (600 sm x 300 sm ölçülərdə) yerləşdirilmiş və həmin məlumatların uzunmüddətli nümayişi nəzərdə tutulmuşdur




Baxılıb: 1483