Rayon haqqında

Rayon haqqında məlumat

Rayon  1940-cı  ilin  fevral  ayının  11-də  təşkil  edilmişdir.  1959-cu  ilin  dekabr  ayının  4-də  ləğv  edilərək  indiki Şabran rayonunun  tərkibinə  verilmişdir. 2  aprel  1992-ci  ildə  Respublika  Ali  Soveti  Milli  Şurasının  qərarı  ilə  Siyəzən  rayonu  1959-cu il  sərhədləri  daxilində  yenidən  bərpa  olunmuşdur.  Böyük  Qafqaz  dağlarının  cənub-şərq  ətəklərində  yerləşməklə,  rayonun  mərkəzi  Siyəzən  şəhəri  Bakı  şəhərindən  103  km  şimalda,  “Bakı-Rostov”  şosse  və  dəmir  yollarının  üstündədir.  Rayon  400511,  410121  şimal  enlikləri  ilə  480071, 490201  şərq  uzunluqlar  arasında  yerləşir.  Qərb  və şimali-qərbdən Şabran, cənubi-şərqdən  Xızı  rayonları, şərqdən  isə  Xəzər  dənizi  ilə  həmsərhəddir.

Rayonun ərazisi 703 km2, əhalisi 39569 nəfərdir. Əhalinin 49,7 %-ni kişilər, 50,3-%-ni qadınlar təşkil edir. Rayon sakinlərinin 65,6 %-i şəhər və qəsəbədə, 34,4 %-i kəndlərdə yaşayaır.

1941-1954-cü  illərədək  Qızılburun  adlandırılmış  Siyəzən  şəhərinin  adının  mənası  bəzi  tədqiqatçılara  görə  İran  dillərində  “Qara  torpaq”,  digərlərinə  görə isə “Qara  su”  (hələ  qədimdən  bu  ərazidə  neft  çıxarılması  ilə  əlaqədar)  deməkdir.

İqlimi:  mülayim  isti  və  quru  subtropikdir. Orta  temperatur  yanvarda  1,50C-dən  40C-yə,  iyulda  müvafiq  olaraq  25  və  150C-yə  qədərdir.  Yayı  quraq  keçir.  İllik  yağıntının  miqdarı  300-650  mm-dir.

Rayonun  ərazisindən  axan Gil-gilçay və Ataçay çayları  Xəzər  dənizi  hövzəsinə  aiddir. Torpaqları  əsasən  şorakətvari  boz-qonur  torpaqlardır.

Rayonun  iqtisadiyyatında  neft-qaz  hasilatı  və  kənd  təsərrüfatı  üstünlük  təşkil  edir. 

Ərazidə  çınqıl-qırmadaşı  sexləri,  asfalt  və  kərpic  zavodları  fəaliyyət  göstərir.  Bunlardan  əlavə  2  un  dəyirmanı,  çörək  və  çörək  məmulatı,  mebel  və  xalça  sexləri,  habelə  “Siyəzən-Broyler”  ASC  fəaliyyətdədir.

Rayonun ərazisində  Gil-gilçay  səddi,  Pirəxəlil  baba  və  Şeyx  Heydər  türbələri,  Beşbarmaq qalası (Xıdırzində piri) və Beşbarmaq  səddi  kimi  qədim  tarixi  abidələr  mövcuddur. 

         Mərkəzi  Siyəzən  şəhəridir

·        Ərazisi  (km2)                                                                        - 703 

·        Əhalisi  (min  nəfər)                                                              - 39569

·        Bakıdan  rayon mərkəzinədək  məsafə  (km)                         - 103

·        Siyəzən  şəhərinə  yaxın  dəmir  yol  stansiyası                     - Qızılburun

·        İnzibati  ərazi  dairəsi  üzrə 

nümayəndəlikləri  və bələdiyyələr                                                   - 11

·        Şəhər                                                                                      - 1

·        Qəsəbə                                                                                   - 1

·        Kənd                                                                                      - 9

·        Ərazi  vahidləri                                                                               - 34

·        Şəhər                                                                                      - 1

·        Qəsəbə                                                                                   - 1

·        Kənd                                                                                     - 32

İnzibati  ərazi  dairəsi  üzrə  nümayəndəliklər  və  ərazi  vahidləri

 

Siyəzən  şəhər 

S i y ə z ə n   şəhəri

 

Gil-gilçay qəsəbə

G i l g i l ç a y  qəsəbəsi

 

Yenikənd  kənd

Y e n i k ə n d  kəndi

Kolanı  kəndi

Tuğay  kəndi

 

Həmyə  kənd

B ö y ü k     H ə m y ə   kəndi

Balaca  Həmyə  kəndi

 

Beşdam  kənd

B e ş d a m    kəndi

Dərə  Zarat  kəndi.

Siyəzən  kəndi.

Nardaran  kəndi

 

Zarat  kənd

Z a r a t   kəndi

Qalaşıxı  kəndi

Cəndəhar  kəndi

 

Eynibulaq  kənd

E  y n i b u l a q   kəndi

Sədan  kənd

S ə d a n   kəndi

Çarxana  kəndi

Sağolcan  kəndi

Müşkülqazma  kəndi

 

Məşrif  kənd

M ə ş r i f  kəndi

Qalaaltı  kəndi

Qərəh  kəndi

Daşlı  Çalğan  kəndi

Orta  Çalğan  kəndi

Qozağacı  kəndi

 

Dağ-quşçu  kənd

D a ğ  Q u ş ç u  kəndi

Əlməkolu  kəndi

 

Ərziküş  kənd

Y u x a r ı    Ə l ə z   kəndi

Ərziküş  kəndi

Yanıq  Ələz    kəndi

Qaragöz  kəndi

Hacışəkər  kəndi

Günövşə  kəndi

Köhnəquşçu  kəndi

 

 




Baxılıb: 4797