Rayon haqqında

Şəmkir rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi 1660 kv.km-dir. Rayonun ümumi torpaq sahəsi 184584 ha təşkil edir ki, bununda 62478 ha dövlət, 48692 ha xüsusi, 73414 ha bələdiyyə mülkiyyətindədir.

Rayonun inzibati mərkəzi olan Şəmkir şəhəri Bakı səhərindən 399 km məsafədə yerləşir. Rayon 1 şəhər, 4 qəsəbə, 61 kənddən ibarətdir. Əhalinin ümumi sayi 201473 nəfərdir. Rayonda inzibati ərazi vahidliklərinin sayı 48, bələdiyyələrin sayı 46-dır.

Rayonun şimal-şərq hissəsini ( Kür çayının sol sahili ) Ceyrançöl, Mərkəzi hissəsini Gəncə-Qazax düzənliyi, cənubu kiçik Qafqazın şimal-şərq ətəklərini tutur. Rayonun əlverişli təbii şəraiti, saf iqlimi, mənzərəli dağ-meşə landşaftı vardır. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq, yüksək dağlıq zonalarına ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir.

Şəmkir rayonunda 12 xəstaxana, 27 tibb məntəqəsi, konsultativ polikilinka şöbəsi, Gigiyena və Epidemiyologiya Mərkəzi, rayonlararası taun əleyhinə şöbə, 68 tam orta, 10 orta, 79 İbtidai ümumitəhsil məktəbi, 53 körpələr evi və uşaq baxçası, uşaqların, gənclərin məktəbdənkənar və asudə vaxtlarının daha səmərəli keçməsi məqsədi ilə Olimpiya İdman Kompleksi, 3 Uşaq Gənclər İdman məktəbi, Uşaq Şahmat məktəbi, Ekoloji Tərbiyyə və Tərbiyyəçilik məktəbi, Uşaq yaradıcılıq məktəbi və Gənc Texniklər Stansiyası, 1 şəhər, 1 rayon, 4 qəsəbə, 23 kənd mədəniyyət evi, 5 şəhər, 24 kənd klubu, 1 rayon, 4 şəhər, 67 kənd, 1 uşaq kitabxanası, 1 uşaq müsiqi məktəbi, H.Əliyev mərkəzi, 1 Tarix Diyarşünaslıq, Çənlibel Xalq Tədbiqi Sənət Müzeyi fəaliyyət göstərir.

Sıra №-si

Abidələrin adı

Tarixi

Yerləşdiyi ərazi

1.

Qədim Şəmkir şəhəri

Orta əsrlər

Muxtariyyə kəndi

2.

Şəmkir qalası

XVII  əsr

Muxtariyyə kəndi

3.

Koroğlu qalası

XVII  əsr

Şəmkir şəhəri yaxınlığında

4.

Körpü

XVII  əsr

Muxtariyyə kəndi

5.

Körpü

XVII  əsr

Muxtariyyə kəndi

6.

“Didvan” bürcü

XVII  əsr

Yeni-Həyat

7.

Qız qalasi

XV  əsr

Aşağı Seyfəli kəndi

8.

Məscid

XVIII  əsr

Aşağı Seyfəli kəndi

9.

Məscid

XVIII  əsr

Abbaslı kəndi

10.

Qız qalası

XVIII  əsr

Tatar kəndi

11.

Karvan körpüsü

XI   əsr

Zəyəm çayının üzərində

12.

Irmaşlı piri

V   əsr

Dağ İrmaşlı

13.

Lüteran kilsəsi

1909-cu il

Şəmkir  şəhəri

14.

Baydar şəhər xarabalığı

XI-XII əsr

Bayramlı kəndi

15.

Koroğlu qalası

XVII  əsr

Zəyəm qəsəbəsi

16.

Körpü

XVII  əsr

Təhnəli kəndi

17.

Uğuz qəbri

Orta əsrlər

Aşağı Seyfəli kəndi

 




Baxılıb: 2759