Şəhər haqqında

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nərimanov rayonu yaradılmasının əsası 1941-ci ildə qoyulmuşdur. Belə ki, 1941-ci ilin yanvar ayında Keşlə rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi yaradılmış, 1957-ci ilin avqust ayında isə Keşlə rayonunun adı dəyişdirilərək, Nərimanov rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi adlandırılmışdır.

1959-cu ilin dekabr ayında Dzerjinski rayonu ləğv edilmiş və onun ərazisi 1960-cı ilin yanvar ayından Nərimanov rayonuna daxil edilmişdir. 27 avqust 1957-ci ildən 6 oktyabr 1977-ci ilədək Nərimanov rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi, 7 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli Fərmanına əsasən Nərimanov rayon Xalq Deputatları Soveti ləğv edilmiş, onun əvəzində Nərimanov Rayon İcra Hakimiyyəti yaradılmış və bu adla 20 noyabr 1991-ci ildən fəaliyyət göstərir, ərazisi 24,5 kv.km.-dir.

Rayon ərazisində 22 iri sənaye müəssisəsi, 6 Elmi Tədqiqat və Layihə İnstitutu, 10 bank və onların filialları, 9 rabitə müəssisəsi, 4 mehmanxana fəaliyyət göstərir.

İşçilərin sayına görə ən iri müəssisə “Baku Steel Company”, ərazisinə görə isə ən iri müəssisə “Bakı Kondisioneri” ASC-dir.

Rayon ərazisində 8 ali məktəb, 22 orta məktəb, 3 lisey, 34 uşaq bağçası, 27 səhiyyə müəssisəsi, 9 xəstəxana, 4 tarixi abidə yerləşir. Əhalinin istirahəti və asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə rayonda 4 istirahət parkı, 1 mədəniyyət sarayı, 1 kinoteatr, 5 kitabxana (kitab fondu - 348183) fəaliyyət göstərir. Bütün bunlardan əlavə Bakı Heyvanat Parkı, Milli Olimpiya Komitəsi, T.Bəhramov adına Respublika Stadionu da Nərimanov rayonunun əraisində fəliyyət göstərir.

İnternet səhifəsi: http://www.narimanov-ih.gov.az 




Baxılıb: 657