Rayon haqqında

Bərdə şəhəri ölkənin mərkəzi hissəsindədir: 400 25ı  şimal enliyində və 470 05ı şərq uzunluğunda, Kür-Araz ovalığında, dəniz səviyyəsindən 87 metr yüksəklikdə, Qarabağ düzünün mərkəzində yerləşir.

Rayon qərbdən Tərtər rayonu, şimaldan Yevlax şəhəri, şimal-şərqdən və şərqdən Ağdaş rayonu və cənub-şərqdən Zərdab rayonu ilə Kür çayı boyunca, cənubdan Ağdam və Ağcabədi rayonları ilə həmsərhəddir

Rayonu respublikanın digər rayonları ilə avtomobil, respublikanın paytaxtı, Yevlax  şəhəri, Ağdaş, Ucar və Kürdəmir rayonları ilə dəmir yolu birləşdirir.

Rayonda 35 inzibati ərazi vahidi və dairəsi var, 67 bələdiyyə fəaliyyət göstərir.

Rayonun səthi az meyilli və dalğalı düzənlikdir, antropogen sisteminin çöküntüləri ilə örtülüdür. Gil, çınqıl və qum yataqları var, Muğanlı kəndi yaxınlığında müalicəvi əhəmiyyətə malik təbii bulaq var.

İqlimi mülayim isti, quru subtropikdir. Qışı quru keçir, orta temperatur yanvarda 1,2-1,8 C, iyulda 25,6-26,5 C-dir. İllik yağıntı 250-350 mm-dir.

Əsasən boz və boz çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (7,3 min hektar) var.

Rayon mərkəzindən 3 km məsafədə, Bərdə-Tərtər yolunun sağ tərəfində bir-birinin yaxınlığında iki göl var. Ağalı deyilən üçüncü göl isə Bərdədən 23 km aralıdadır. Bərdə-Tərtər yolunda Bərdədən 3 km aralıda qaynar kükürdlü su bulağı – İstisu yerləşir.

Rayon ərazisindən Tərtər və Xaçın çayları, şimal-şərq sərhəddi boyu isə Kür çayı axır. Rayon ərazisində Bərdə yasaqlığı var.




Baxılıb: 562