Qalereya

“Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”

Aprelin 19-da Naxçıvan şəhərində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında imzalanmış tədbirlər planına müvafiq olaraq “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Heydər Əliyev Muzeyi ziyarət olunub.

Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə ilk olaraq  Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar Siyasət Komitəsinin sədri Elman Cəfərli mövzunun əhəmiyyətindən bəhs edib. Yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq üçün təbliğat işlərinin önəmindən danışan E.Cəfərli cəmiyyətin inkişafı üçün vacib amillərdən birinin məhz sağlam həyat tərzi olduğunu diqqətə çatdırıb. O, narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə müvafiq proqramların qəbul edilməsinin sağlam gələcəyimiz üçün önəmli olduğunu vurğulayıb. Elman Cəfərli çıxışında Naxçıvan MR-da narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən maarifləndirmə tədbirləri haqqında da məlumat verib.

Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva ölkəmizdə narkomaniyaya qarşı ciddi mübarizə aparıldığını bildirib. O qeyd edib ki, bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işinin genişləndirilməsidir. Təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın zərərləri barədə maarifləndirmə kampaniyalarının aparılması bu baxımdan olduqca önəmlidir. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemlə sistemli mübarizə aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında bildirib ki, narkomaniya müasir dünyanı ciddi narahat edən problemlərdən biri olmaqla yanaşı, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amillərdən biridir. Onun sözlərinə görə, bu kimi zərərli vərdişlər bir çox ailələrin dağılmasında da əsas səbəblərdən biridir. Buna görə də sağlam ailə, sağlam cəmiyyət naminə zərərli vərdişlərə qarşı mübarizə hər zaman aktualdır. R.Seyidova rəhbərlik etdiyi qurumun bu istiqamətdə həyata keçirdiyi maariflənmə tədbirləri haqqında da məlumat verib.

Sonra çıxış edən  Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev  bildirib ki, müasir dövrdə gəncləri zərərli vərdişlərdən qorumaq mühüm çağırışdır. Gənclər daha çox biliklər qazanmağa, sağlam həyat tərzinə üstünlük verməli, eyni zamanda, narkomaniyanın nə qədər zərərli və təhlükəli olduğunu bilməlidirlər. Onun sözlərinə görə, yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi, elmə, təhsilə və idmana marağının artırılması da onların zərərli vərdişlərdən uzaqlaşmalarında vacib amildir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev isə bildirib ki, narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. O qeyd edib ki, dövlət tərəfindən bu sahədə zəruri tədbirlər həyata keçirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın bir çox  bəndləri məhz maarifləndirmə məsələlərinə həsr olunub.

Çıxış edən Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov narkotik maddələrin insan sağlamlığına vurduğu zərərdən və törətdiyi fəsadlardan ətraflı bəhs edib. O, gəncləri bu bəladan uzaq olmağa çağırıb.

Sonra gənclərin sualları cavablandırılıb.

Tədbir  Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

/img/gallery/100x100/2024_04_20_12_41_31_5648.jpg
  1. “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”..

  2. “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”..

  3. “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”..

  4. “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”..

  5. “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”..

  6. “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”..

  7. “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”..

  8. “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”..

  9. “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”..

  10. “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”..

  11. “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”..

  12. “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”..

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 ton 430 kiloqram narkotik vasitə məhv edilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 16 aprel tarixində “Bakı Neft Maşınqayırma zavodu ”MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 ton 430 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.

Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.

Ümumilikdə 1741  məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 1 ton 527 kq 101,231 qr heroin, 1 ton 372 kq 034,257 qr marixuana,172 kq 565,992 qr tiryək,93 kq 610,043 qr həşiş,145,697 qr kokainvə 60596 ədəd həb metadon, 264 kq 712,789 qr və 2104 ədəd  həb psixotrop maddə müxtəlif növ narkotik vasitələrin, psixotrop maddələrin və 58860 ədəd çətənə bitkisinin, həmçinin 3877 ədəd həb,19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qr güclü təsir edən maddələrin aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

/img/gallery/100x100/2024_04_19_10_08_26_329e.JPG
  1. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 ton 430 k..

Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün növbəti təlim Masallıda təşkil edilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Masallı rayonu Heydər Əliyev mərkəzində təlim təşkil edilib.

Mədəniyyət Nazirliyinin Masallı rayonu üzrə tabeli müəssisələrinin mütəxəssislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda İşçi Qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2024_04_05_11_07_54_7842.JPG
  1. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  2. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  3. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  4. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  5. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

Lənkəranda mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim təşkil edilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev mərkəzində təlim təşkil edilib.

Mədəniyyət Nazirliyinin Lənkəran şəhəri üzrə tabeli müəssisələrinin mütəxəssislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda İşçi Qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2024_04_05_11_05_20_7c39.JPG
  1. Lənkəranda mədəniyyət müəssisələrinin gənclərlə işləyən..

  2. Lənkəranda mədəniyyət müəssisələrinin gənclərlə işləyən..

  3. Lənkəranda mədəniyyət müəssisələrinin gənclərlə işləyən..

  4. Lənkəranda mədəniyyət müəssisələrinin gənclərlə işləyən..

  5. Lənkəranda mədəniyyət müəssisələrinin gənclərlə işləyən..

  6. Lənkəranda mədəniyyət müəssisələrinin gənclərlə işləyən..

Bakı Musiqi Akademiyasında narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda tələbələr ilə məlumatlandırma xarakterli görüş keçirilib.

Tədbirdə Bakı Musiqi Akademiyasının prorektoru, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Səhiyyə Nazirliyi Bakı Narkoloji Mərkəzinin həkim-narkoloqu çıxış edərək, psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verib. İştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2024_04_04_14_39_51_b0d3.JPG
  1. Bakı Musiqi Akademiyasında narkomaniya əleyhinə maarifl..

  2. Bakı Musiqi Akademiyasında narkomaniya əleyhinə maarifl..

  3. Bakı Musiqi Akademiyasında narkomaniya əleyhinə maarifl..

  4. Bakı Musiqi Akademiyasında narkomaniya əleyhinə maarifl..

  5. Bakı Musiqi Akademiyasında narkomaniya əleyhinə maarifl..

  6. Bakı Musiqi Akademiyasında narkomaniya əleyhinə maarifl..

  7. Bakı Musiqi Akademiyasında narkomaniya əleyhinə maarifl..

Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndirici tədbir keçirilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 03 aprel tarixində Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetin konfrans zalında “Ali təhsil müəssisələrinin narkomanlığa qarşı mübarizədəki rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı və asılılıq üzrə psixoloq-mütəxəssis iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonda müvafiq mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2024_04_04_12_53_39_52c4.jpg
  1. Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndiri..

  2. Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndiri..

  3. Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndiri..

Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün növbəti təlim Biləsuvarda təşkil edilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Biləsuvar rayonu Heydər Əliyev mərkəzində təlim təşkil edilib.

Mədəniyyət Nazirliyinin Biləsuvar rayonu üzrə tabeli müəssisələrinin mütəxəssislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda İşçi Qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

 

/img/gallery/100x100/
  1. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  2. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  3. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  4. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  5. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

Cəlilabadda mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim təşkil edilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Cəlilabad rayonu Heydər Əliyev mərkəzində təlim təşkil edilib.

Mədəniyyət Nazirliyinin Cəlilabad rayonu üzrə tabeli müəssisələrinin mütəxəssislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda İşçi Qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2024_04_03_16_15_14_6a21.JPG
  1. Cəlilabadda mədəniyyət müəssisələrinin gənclərlə işləyə..

  2. Cəlilabadda mədəniyyət müəssisələrinin gənclərlə işləyə..

  3. Cəlilabadda mədəniyyət müəssisələrinin gənclərlə işləyə..

Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim təşkil olunub

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramına müvafiq olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasınınİşçi Qrupunun birgə təşkilatçılığı ilə Salyan rayonu Heydər Əliyev mərkəzində təlim təşkil edilib.

Mədəniyyət Nazirliyinin Salyan rayonu üzrə tabeli müəssisələrinin mütəxəssislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda İşçi Qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

 

/img/gallery/100x100/2024_04_03_16_10_14_1355.JPG
  1. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  2. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  3. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  4. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  5. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında maarifləndirmə tədbiri keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının birgə təşkilatçılığı ilə “Narkotik asılılıq və onun fəsadları” mövzusunda kursantlar ilə görüş keçirilmişdir.

Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri təqdimatla çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2024_04_01_11_20_25_2cad.JPG
  1. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında maariflənd..

  2. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında maariflənd..

  3. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında maariflənd..

Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndirici təlim keçirilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.17-ci bəndinə müvafiq olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Mühəndislik fakültəsinin mentorları və tələbələrin iştirakı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirici təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov müasir dövrdə bəşəri bəlaya çevrilən narkomaniyanın qlobal problem kimi bütün dünyada narahatlıq doğurduğunu bildirib. O, bu istiqamətdə ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov narkotik maddələrin istifadəsindən qorunmaq üçün profilaktik tədbirlərin keçirilməsinin, mübarizə istiqamətlərinin genişləndirilməsi və “802” zəng xidməti haqqında söz açıb. O, narkotik asılılığın fəsadlarına, istifadəçilərin fiziki və davranış əlamətlərinin  təsvirinə də yer verərək, antinarkomaniya mövzusunda çıxışını tamamlayıb.

Sonra Respublika Narkoloji Mərkəzin psixoloqu Ramin Allahverdiyev gənclərlə iş istiqamətində fakültənin mentorlarına risk qrupunda olanların erkən aşkarlanması və dəstəyin göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi istiqamətində tövsiyələrini verib.

Sonda müvafiq mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2024_03_29_10_03_35_d8c9.jpg
  1. Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndiri..

  2. Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndiri..

  3. Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndiri..

  4. Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndiri..

16 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növbəti maarifləndirmə tədbiri təşkil olunub

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində  carı ilin 19 mart tarixində 16 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda növbəti maarifləndirmə tədbiri təşkil olunmuşdur.

 Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.

 Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.

 Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat  materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2024_03_19_15_02_59_1bc2.jpg
  1. 16 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

  2. 16 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

  3. 16 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..