Qalereya

ADMİU-nun nəzdində Humanitar Kollecdə maarifləndirmə tədbiri keçirilib

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin birgə təşkilatçılığı ilə “Narkotik asılılıq və onun fəsadları” mövzusunda tələbələr ilə görüş keçirilmişdir.

 Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.



   

 

/img/gallery/100x100/2023_11_30_10_03_04_cecd.jpg
  1. ADMİU-nun nəzdində Humanitar Kollecdə maarifləndirmə tə..

  2. ADMİU-nun nəzdində Humanitar Kollecdə maarifləndirmə tə..

  3. ADMİU-nun nəzdində Humanitar Kollecdə maarifləndirmə tə..

Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib

  Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyət və sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda seminar müşavirə keçirilib.

  Tədbirdən öncə rayon gənclərinin çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş etdirildi. Tədbirdə seminar müşavirənin keçirilməsində qarşıya qoyulmuş başlıca məqsədlər barədə iştirakçılara geniş məlumat verildi. Daha sonra mövzu ətrafında çıxış və diskussiyalar aparıldı.

  Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Ülvi Quliyev, Yasamal rayon polis idarəsinin rəisi Cəmil Əmirov, Yasamal rayon Məhkəməsinin sədri İslam Əliyev, Yasamal RİHB-ının birinci müavini Hüseyn Əfəndiyev, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun müavini Tanrıverdi Aydınov, Narkoloji mərkəzin direktoru Qalib Məmmədov,Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və digər şəxslər  seminar-müşavirə iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırdılar.

 Qeyd olundu ki, cənab Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası davam edir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya davamlı olaraq reallaşdırılır, yeni nəslin sağlam və milli və mənəvi ruhda tərbiyəsi üçün ardıcıl addımlar atılır.Bildirildi ki, narkomaniya ilə mübarizə Yasamal rayonunda da uğurla aparılır. Rayonda müasir parklar salınıb, asudə mərkəzləri yaradılıb, yeni futbol meydançaları istifadəyə verilib, əhalinin məşğulluq problemi tədricən həll edilir.

  Tədbirdə rayon ərazisində fəaliyyət göstərən ali məktəblərin tələbələri, orta məktəb şagirdləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_11_30_09_46_50_7c2c.jpg
  1. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  2. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  3. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  4. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  5. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  6. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  7. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  8. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  9. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  10. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  11. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  12. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  13. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  14. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  15. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  16. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  17. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  18. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  19. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  20. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  21. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

  22. Yasamal rayonunda narkomaniya əleyhinə maarifləndirici ..

İsmayıllı rayonunda maarifləndirici tədbir təşkil olunub.

  Cari ilin 29 noyabr tarixində “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər Planı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği ilə bağlı gənclər və yeniyetmələr arasında maarifləndirmə  işinin təşkili  məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirmə tədbiri keçirilib.

 Tədbirdə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı müvafiq təqdimatla çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, 802 - qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat vermiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

  Sonda tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təbliği məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.

/img/gallery/100x100/2023_11_30_09_02_17_af92.jpg
  1. İsmayıllı rayonunda maarifləndirici tədbir təşkil olunu..

  2. İsmayıllı rayonunda maarifləndirici tədbir təşkil olunu..

  3. İsmayıllı rayonunda maarifləndirici tədbir təşkil olunu..

  4. İsmayıllı rayonunda maarifləndirici tədbir təşkil olunu..

  5. İsmayıllı rayonunda maarifləndirici tədbir təşkil olunu..

  6. İsmayıllı rayonunda maarifləndirici tədbir təşkil olunu..

İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün növbəti təlim keçirildi

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə İsmayıllı rayon Mədəniyyət Mərkəzində təlim təşkil edilmişdir.

  Mədəniyyət Nazirliyinin İsmayıllı rayonu üzrə tabeli müəssisələrinin mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_11_29_17_10_20_27b5.jpg
  1. İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin gənclərl..

  2. İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin gənclərl..

  3. İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin gənclərl..

  4. İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin gənclərl..

  5. İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin gənclərl..

  6. İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin gənclərl..

“Narkotik asılılıq və onun fəsadları” mövzusunda tədbir təşkil edildi.

 Cari ilin 29 noyabr tarixində “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər Planı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği ilə bağlı gənclər və yeniyetmələr arasında maarifləndirmə  işinin təşkili  məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı Dövlət Regional Kollecində “Narkotik asılılıq və onun fəsadları”  mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 Tədbirdə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı müvafiq təqdimatla çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, 802 - qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat vermiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

 Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılmışdır.

/img/gallery/100x100/2023_11_29_14_44_39_488e.JPG
  1. “Narkotik asılılıq və onun fəsadları” mövzusunda tədbir..

  2. “Narkotik asılılıq və onun fəsadları” mövzusunda tədbir..

  3. “Narkotik asılılıq və onun fəsadları” mövzusunda tədbir..

  4. “Narkotik asılılıq və onun fəsadları” mövzusunda tədbir..

  5. “Narkotik asılılıq və onun fəsadları” mövzusunda tədbir..

  6. “Narkotik asılılıq və onun fəsadları” mövzusunda tədbir..

  7. “Narkotik asılılıq və onun fəsadları” mövzusunda tədbir..

  8. “Narkotik asılılıq və onun fəsadları” mövzusunda tədbir..

  9. “Narkotik asılılıq və onun fəsadları” mövzusunda tədbir..

  10. “Narkotik asılılıq və onun fəsadları” mövzusunda tədbir..

Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim keçirildi

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində təlim təşkil edilmişdir.

  Mədəniyyət Nazirliyinin Şamaxı rayonu üzrə tabeli müəssisələrinin mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

  Sonda təlim iştirakçılarına “Narkotiklər haqqında həqiqəti bilin”,“Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları təqdim edilmişdir.

/img/gallery/100x100/2023_11_29_12_15_47_6084.jpg
  1. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  2. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  3. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  4. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  5. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  6. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

  7. Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssis..

Azərbaycan Turizm və Menecment Universitetində maarifləndirici tədbir təşkil edilmişdir.

Car ilin 23 noyabr tarixində Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşəbbüsü ilə “Həyatına dəyər ver” adlı maarifl"ndirmə tədbiri keçirilmişdir. 

Tədbirdə Millət vəkilləri, Universitetin rektoru, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ombudsman Aparatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları, hüquq-mühafizə orqanlarının apardıqları əməliyyat-axtarış tədbirlərinin səmərəliliyi, 802 - qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat veriliblər.

Sonda tələbələrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”,“Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları təqdim edilmişdir.

/img/gallery/100x100/2023_11_24_14_35_57_2504.jpg
  1. Azərbaycan Turizm və Menecment Universitetində maariflə..

  2. Azərbaycan Turizm və Menecment Universitetində maariflə..

  3. Azərbaycan Turizm və Menecment Universitetində maariflə..

  4. Azərbaycan Turizm və Menecment Universitetində maariflə..

  5. Azərbaycan Turizm və Menecment Universitetində maariflə..

  6. Azərbaycan Turizm və Menecment Universitetində maariflə..

  7. Azərbaycan Turizm və Menecment Universitetində maariflə..

  8. Azərbaycan Turizm və Menecment Universitetində maariflə..

  9. Azərbaycan Turizm və Menecment Universitetində maariflə..

  10. Azərbaycan Turizm və Menecment Universitetində maariflə..

Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi narkotiklərə qurban verməyək!” mövzusunda tədbir keçirilib

  Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq noyabrın 23-də Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi narkotiklərə qurban verməyək!” mövzusunda tədbir keçirilib.

  Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarını təmsil edən  gənclər iştirak ediblər.

  Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

  Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Xaliq Qurbanov,  Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov və Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev çıxış ediblər.

  Qeyd olunub ki, sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizə mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə əsas məqsəd yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə işini lazımi səviyyədə aparmaqdır. Diqqətə çatdırılıb ki, narkomanlığa və narkotiklərə qarşı effektiv mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən mübarizə tədbirləri nəticəsində mühüm uğurlar əldə olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyi qeyd edilib.

  Eyni zamanda vurğulanıb ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biri olmaqla bərabər, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amildir.  Narkomaniya ilə mübarizə vəzifəsindən, sosial mənşəyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəsin  vətəndaşlıq və mənəvi borcuna çevrilməlidir.

  Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

  Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təbliği məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.

/img/gallery/100x100/2023_11_23_16_53_10_6dd3.jpg
  1. Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi n..

  2. Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi n..

  3. Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi n..

  4. Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi n..

  5. Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi n..

  6. Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi n..

  7. Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi n..

  8. Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi n..

  9. Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi n..

  10. Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi n..

  11. Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi n..

  12. Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi n..

  13. Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi n..

2023-cü il üzrə statistik məlumat

2023-cü ilin yanvar-oktyabr ayları 

/img/gallery/100x100/2023_11_17_17_09_56_58d2.jpg
  1. 2023-cü il üzrə statistik məlumat..

2023-cü il üzrə statistik məlumat

2023-cü ilin yanvar-sentyabr ayları 

/img/gallery/100x100/2023_11_17_17_04_49_7cda.png
  1. 2023-cü il üzrə statistik məlumat..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2023-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumat

2023-cü ilin yanvar-oktyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir. 

Сari ilin yanvar-oktyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsindəümumilikdə 9292 cinayət faktı aşkarlanmışdır. Onlardan 3059-u narkotik vasitələrin qanunsuz satışı, 5910-u  narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 293-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 541 kq 600, 212 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 884 kq 118, 404 qr-nı heroin, 3 ton 815 kq 252, 277 qr-nı marixuana, 256 kq 551,635 qr-nı tiryək, 53 kq 453,994 qr-nı həşiş, 750, 831 qr-nı kokain, 388 kq 487, 646 qr-nı və 95 ədəd həb psixotrop maddələr, 142 kq 985,425 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 48911 ədəd həb metadon, 95 ədəd həb psixotrop maddə, 16551 ədəd çətənə bitkisi, eləcə də  3 kq 197,368 qr, 7703 ədəd kapsul, 3591 ədəd həb  və 25,55 qr güclü təsir edən maddə, 1 kq 613 qr zəhərli maddə və 65,68 qr prekursor qanunsuz dövriyyədən götürülmüşdür.

Hesabat dövründə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 420,494 hektar sahədən çəkisi 303 ton 122kq 290,98qr olan  944 559 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

2023-cü ilin yanvar-oktyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 541 kq 600,21 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdədəyəri 264 milyon 480 min  AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7090 nəfər cəlb edilmiş, onlardan 81 nəfəri xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 665 kq 850,783 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 568 ədəd (327 kq 575 qr) narkotik tərkibli çətənə bitkisi götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı  243 fakt aşkar edilmiş həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 934 kq 228,659 qr və 6740 ədəd həb metadon, 95 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, 89655 ədəd həb, 7 631 kapsul və 1 kq 517 qr  güclü təsir edən maddə, 40,682 qr prekursor çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 271-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 050 kq 597,51 qr və 1270 ədəd metadon narkotik vasitə, 95 ədəd həb psixotrop maddə və 170,3 qr güclü təsir edən maddə müsadirə edilmişdir.       

2783 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 377 kq 244,56 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 272, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 122, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 100, digər növ cinayət faktların sayı 58, qrup halında olan cinayətlərin sayı isə 53 fakt azalmışdır. Qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 248 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton  478 kq 616,04 qr artmışdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə  74296 nəfər istiqamətləndirilmişdir.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2140 nəfərdən 1228 nəfəri  istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 10 ay ərzində İİV-ə 764 nəfər yoluxmuşdur. Onlardan 736 nəfəri Azərbaycan vətəndaşları, 28 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında  62 nəfəri (8,4 %-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur.

“802”  qaynar xətt  telefon  zəng  xidmətinə 1068 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 186-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 372-i narkotik asılılıqdan müalicə, 510-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 558 məktub ünvanlanmışdır.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir

 

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

/img/gallery/100x100/2023_11_17_16_40_20_840c.jpg
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

“Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir təşkil olunub.

  Sabirabad İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Sabirabad Dövlət Sosial-İqtisad Kollecin konfrans zalında  “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

  Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşı iştirak edərək gənclər arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2023_11_17_08_59_00_d6ae.jpg
  1. “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir təşkil ..

  2. “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir təşkil ..

  3. “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir təşkil ..

  4. “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir təşkil ..

  5. “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir təşkil ..

  6. “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir təşkil ..

  7. “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir təşkil ..