Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2017-ci il iş planınına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə 2017-ci il fevral ayının 13-də Kimya-biologiya təmayüllü Respublika liseyində yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Zərərli vərdişlərdən uzaq olmaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayon komissiyasının məsul katibi, Rayon İcra Hakimiyəti başçısı aparatında şöbə müdirinin müavini Bəhman Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis mayoru Kəmalə Ələkbərova, liseyin həkimi Həmidə Ələfsərova və tədris müəssisəsinin direktoru Kamran Rəhimov çıxış etmiş, zərərli vərdişlər və onların törətdiyi fəsadlar, insan sağlamlığına vurduğu sağalmaz yaralar barədə məlumatlar vermiş, məktəbliləri bu neqativ hallardan uzaq durmağa çağırmışlar. Çıxış edənlər onu da bildirmişlər ki, istər narkomanlıq, istərsə də siqaretçəkmə və ya da alkaqolizm sağlamlığmızın əsil düşmənləridir və mövcud olan belə düşmənlərlə hamılıqla amansız və güzəştsiz mübarizə aparmalıyıq. Tədbirdə yeniyetmə-gənclərə sağlam həyat tərzinin alternativsiz seçim olması xüsusilə vurğulanmış və onların diqqətinə çatdırılmışdır ki, sağlam həyat tərzi sağlam ruh və sağlam mənəviyyat deməkdir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış, həmçinin narkomanlığın bəlalarından bəhs edən video-çarx nümayiş olunmuşdur.