Şamaxı rayonu yerli komissiya üzvləri ilə görüş keçirilib.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclas qərarına müvafiq  olaraq təbliğat və maarifləndirmə işlərinin dahada gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirləlin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədilə Şamaxı rayonunda görüş  təşkil olunub.

 Tədbirdə müvafiq dövr ərzində  qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilmiş, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə koordinasiya işlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılmış lazımi metodiki tövsiyələr və  köməkliklər göstərilmişdir.

 Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçalar həmçinin, elektron daşıyıcılarda təbliğat materialları təqdim edilmişdir.




Baxılıb: 616