“Sağlam həyat naminə, narkomaniyaya Yox deyək”

Cari ilin 24 oktyabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, İctimai və İaşə və Xidmət üzrə Bakı Dövlət  Peşə Təhsil  Mərkəzi ilə birgə maarifləndirici tədbir keçirmişdir.

Tədbirdə tələbələrə narkotik vasitələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmiş və onları maraqlandıran suallar ətrafında geniş diskussiya aparılmışdır.

Sonda  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 355